Qüdsi Osmanov Yaponiyanın Moldovadakı səfiri ilə görüşüb

Yaponiyanın Moldovadakı Səfiri Yamada Yoiçiro Azərbaycanın bu ölkədəki səfirliyini ziyarət edib.

Gununsesi.info bildirir ki, bu barədə Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov sosial şəbəkə hesabında yazıb:

“Səfirlə səmimi söhbət zamanı regionda mövcud vəziyyəti, Azərbaycan ilə Yaponiya münasibətlərini müzakirə etdik.

Cənab Yamada Yoiçirodan öncə Moldovada Yaponiyanın Səfiri vəzifəsində çalışmış Yoşihiro Katayamaya çatdırılması üçün fəaliyyətinin bitməsi münasibəti ilə Moldova Respublikasının Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyi və Moldovada akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin adından xatirə hədiyyəsi səfirə təqdim edildi”.

Mətləb
Gununsesi.info