Qüdsi Osmanovun başı yeni qalmaqalda - MOLDOVADAKI SƏFİRİMİZ BU DƏFƏ...

  • By admin
  • 07 Mart 2021 13:10

Son günlər Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov haqqında bəzi informasiyalar tirajlanır. İddialara görə, Ukrayna prokurorluğu azərbaycanlı səfirə qarşı cinayət işi açıb. Səbəb kimi Qüdsi Osmanovun rəsmi Kievin icazəi olmadan Rusiyanın işğalı altındakı Krım bölgəsinə səfər etməsi göstərilir.

 

HTML tutorial

Gununsesi.info bildirir ki, Modern.az saytı məsələnin təfərrüatlarını öyrənmək üçün Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanovla əlaqə saxlayıb. O, həyatı boyu heç vaxt Krımda olmadığını bildirib:

 

“Heç vaxt Krımda olmamışam. Söhbət Rusiya prezidenti Vladimir Putinlə birgə çəkilən şəkillərdən gedirsə, deyə bilərəm ki, o şəkil bir il bundan öncə Soçidə lentə alınıb. Bir şeyi anlamıram. Əgər Krıma qanunsuz səfər etmişəmsə, niyə mənə qarşı cinayət işi açılmalıdır?! Belə olan halda adım “arzuolunmaz şəxslər” siyahısına salına bilər”.

 

Qüdsi Osmanov gerçək olmayan informasiyaların yayılmasının ona qarşı növbəti kampaniya olduğunu qeyd edib:

“Bu cür tirajlanan dezinformasiyalar mənə və dövlətimə qarşı çirkin kampaniyadır. Moldovada yaşayan ermənilərlə bəzi qüvvələrin müştərək işidir. Bizi ruhdan salmağa çalışırlar. Məni məyus edən fakt odur ki, bu cür çirkin kampaniyada bir qrup azərbaycanlıdan istifadə olunur. Həmin azərbaycanlıların kimliyi bəllidir və ailələrinə görə adlarını açıqlamırıq. Hesab edirəm ki, belə satqın insanlar həmişə olub. Biz isə qarşımıza qoyulan tapşırıqlarla məşğuluq. Bir diplomat kimi bu cür qarayaxma kampaniyasının Ukrayna-Azərbaycan qardaşlığına, ikitərəfli əlaqələrə, strateji münasibətlərə xələl gətirməyə hesablandığını istisna etmirəm. Bütün bunlara baxmayaraq, biz diplomatiyamızı davam etdirir və öz yolumuzla gedirik”.

 

Səfir Azərbaycan jurnalistlərinin məsələyə ədalətli yanaşdığını da vurğulayıb:

“Azərbaycan jurnalistləri məsələyə dünən də, bu gün də ədalətli formada reaksiya verib. Bu o Azərbaycan jurnalistikasıdır ki, 44 günlük Vətən mühabəsində erməni mediasına, erməni propoqandasına qarşı vuruşub. Bu onu göstərir ki, Azərbaycan jurnalistikası zəfər sahibi olan prezidentimizin getdiyi yolu davam etdirir. Eyni zamanda, yaxın gələcəkdə dövlətimizin satqın və yaramaz jurnalistlərlə bağlı da ölçü götürəcəyinə şübhə etmirəm. Çünki media sahəsində anarxiyanın mövcudluğu xalqımızn maraqlarının inkişafına qarşı çıxmaqdır. Ümumilikdə isə satqın və yaramaz jurnalistlər Azərbaycan jurnalistikasının adına xələl gətirə bilməz”.