
Queen gitaraçısı Brayan Mey çərşənbə axşamı Kral III Çarlz tərəfindən cəngavər titulu alıb və indi rəsmi olaraq Sir kimi tanınacaq. Mey musiqi və xeyriyyəçilik sahəsində xidmətlərinə görə cəngavər olub.
Bu barədə Gununsesi.info BBC-yə istinadən xəbər verir.
Ənənəyə görə, cəngavər olanda kral qılıncının yastı tərəfini titul alan şəxsin çiyninə vurur. Brayan Mey təkcə rok gitara ifaçısı kimi deyil, həm də heyvan hüquqları uğrunda fəal mübarizə aparan şəxs kimi tanınır.
Mərasimə gitaraçı ilə birlikdə onun həyat yoldaşı, britaniyalı aktrisa Anita Dobson gəlib – o, BBC tamaşaçılarına məşhur “EastEnders” serialında Angie Watts rolunun ifaçısı kimi tanınır. Mərasim zamanı Mei cəngavər bakalavr nişanını alıb.
Tərcümə:
Adil ELXANOĞLU
Gununsesi.info