Qulamhüseyn Əlibəyli: “Artur Rasizadə baş nazir postu üçün yaşı çoxdu”

  • By admin
  • 14 Oktyabr 2016 12:11

qulam

“Ola bilər ki, Baş nazir Artur Rasizadənin yerinə başqası təyinat alsın”.

HTML tutorial

Gununsesi.info-nun xəbərinə görə, bu haqda Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli modern.az-a Baş nazir postunun  ləğv ediləcəyi ilə bağlı sualı cavablandırarkən belə deyib.

O, bildirib ki, Baş nazir postu Konstitusiya ilə müəyyən edilmiş vəzifədir: “Ola bilər ki, Baş nazirimiz Artur Rasizadənin yerinə başqası təyinat alsın. Çünki o, kifayət qədər  yaşlıdır. Həm səhhəti, həm də yaşına görə, ola bilər ki, başqası ilə əvəz olunsun”-, deyə o bildirib.

Gülnaz Qənbərli

Gununsesi.info