
Əldə etdiyimiz məlumata görə, 2024-cü ilin fevralın 7-ə təyin edilmiş növbədənkənar prezident seçkilərinə daha bir potensial namizəd – fəaliyyətinə xitam verilmiş Aydınlar Partiyasının sabiq sədri Qulamhüseyn Əlibəyli də qoşulmaq istəyir.
Qulamhüseyn Əlibəyli Gununsesi.info-ya bu məlumatı təsdiq etdi.
“Seçkilərdə namizəd kimi iştirak hər bir vətəndaşın konstitusion hüququdur. Mən bir dəfə də 2008-ci ildə prezident seçkilərində namizəd kimi iştirak etmişəm. Bu dəfəki seçkilər Azərbaycanın ərazi bütovlüyünun bərpası şəraitində keçirildiyi üçün xüsusi önəm daşıyır. Ona görə də özümü seçkilərdə namizəd kimi bir daha sınamaq, müstəqil siyasi fəaliyyətimi daha da genişləndirmək üçün seçki kampaniyasından yararlanmaq istəyirəm. Artıq bu gün öz təşəbbüsümlə namizədliyimi irəli sürmək üçün lazımı sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim edəcəm”, – deyə o bildirdi.
Gununsesi.info