Quldurların qaçırdığı türkiyəli dənizçilər İstanbula GƏTİRİLİR

  • By admin
  • 13 Fevral 2021 21:16

Xəbər verdiyimiz kimi, Nigeriya sahillərində dəniz quldurları tərəfindən qaçırılan türkiyəli 15 gənizçi azad edilib.

Gununsesi.info “TRT Haber”ə istinadla xəbər verir ki, dənizçilər bu gün Türkiyənin Abuja Səfirliyinə aparılıblar.

Bildirilib ki, onların hər biri telefon vasitəsi ilə ailələri ilə danışıblar.

Sabah saat 06:00 radələrində dənizçiləri daşıyan təyyarə İstanbul Hava Limanına enəcək.

Gununsesi.info