Quldurlarla atışan polis səhvən turisti öldürdü

  • By admin
  • 23 Oktyabr 2017 21:34

silahli insident

Rio-de-Janeyroda polis atışma zamanı İspaniyadan olan turisti öldürüb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, 67 yaşlı ispaniyalı xanım Rio-de-Janeyronun ən kriminal rayonlarından birində quldur dəstə ilə hərbi polis əməkdaşları arasındakı atışma zamanı vurulub.

Məlumat rəsmi şəkildə təsdiqlənib. Rəsmi məlumatda bildirilib ki, polis hadisə ilə bağlı araşdırmaya başlayıb.

Gununsesi.info