
Quldurluqda şübhəli bilinən Bakı və Sumqayıt şəhər sakinləri tutulublar.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 21-də Gürcüstan vətəndaşı Orxan Yusubovun mobil telefonunu quldurluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakini Ramin Süleymanov və Sumqayıt şəhər sakini Eldar Məmmədov tutulublar.
Anar
Gununsesi.info