Quldurluqda şübhəli bilinən şəxslər tutulub

  • By admin
  • 27 Aprel 2017 13:37

hebs
Azərbaycanda quldurluqda şübhəli bilinən şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, aprelin 26-da saat 4 radələrində Nəsimi rayonu ərazisində yaşayan Səyyad Cəbiyevin mənzilinə aldatma yolu ilə girən 4 naməlum şəxs onun başına dəmir parçası ilə xəsarət yetirərək oradan içərisində 200 manat pul və sənədlər olan pulqabısını aparıblar.

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinənlər – Bakı şəhər sakini Murad Səfərov, Tərtər rayon sakini Gülər Bəxtiyarzadə və Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Elvin Salahov tutulub, daha 2 nəfər isə müəyyən edilib.

Bundan başqa Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşları tərəfindən aprelin 9-da G.Allahverdiyevanın içərisində 405 manat pul olan çantasını oğurlamaqda şübhəli bilinən şəhər sakini Azər Səfərov tutulub.

Anar
Gununsesi.info