Quldurluqla məşğul olan daha bir yeniyetmə tutulub

  • By admin
  • 19 İyul 2017 12:32

woman_arrest_300713
Quldurluq etməkdə şübhəli bilinən Ağsu rayon sakini olan bir yeniyetmə tutulub, daha 2 nəfərin isə şəxsiyyəti müəyyən edilib.

Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, iyulun 17-də Nəsimi rayonunun Cavadxan küçəsində 3 naməlum şəxs Bakı şəhər sakini Tural Quliyevi döyüb 170 manat pulunu və 2 ədəd mobil telefonunu alıb hadisə yerini tərk ediblər.

Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Ağsu rayon sakini olan bir yeniyetmə tutulub, daha 2 nəfərin isə şəxsiyyəti müəyyən edilib.

Anar
Gununsesi.info