Qulu Məhərəmmli AzTV sədrinin şikayətini rəsmən cavablandırıb

  • By admin
  • 14 İyul 2016 10:11

qulu-meher-arif-alisanov

 

Tele-jurnalist, professor Qulu Məhərəmmli  məhkəmə çəkişməsində olduğu AzTV sədri Arif Alışanovun şikayətini rəsmən cavablandırıb.

Bu haqda Gununsesi.info-ya Qulu Məhərrəmlininvəkili Cavid Rzazadə məlumat verib. Vəkili bildirib ki,  professorun müsahibəsində heç bir təhqir və biədəb ifadə yoxdur. “Tənqidi fikirlərinə görə cinayət təqibinə məruz qalmış professor Qulu Məhərrəmli ondan məhkəməyə şikayət etmiş AzTV sədri A.Alışanovun iddialarına yazılı cavab verib. O, Yasamal rayon məhkəməsinin hakimi Azər Tağıyevin adına ünvanladığı rəsmi izahatda göstərib ki, tənqidi fikirlərinə görə onun məhkəməyə verilməsi hüququ baxımdan tamamilə əsassızdır. Biz məhkəmə iclaslarında iddiaçının şikayətinin tam əsassız və qanunsuz olduğunu, məlum müsahibədə heç bir təhqirə yol verilmədiyini dəfələrlə demişik. Lakin linqvistik ekspertiza ilə bağlı Dilçilik institunda və BDU-da baş verən xoşagəlməz olaylardan sonra professor belə hesab edib ki, onun izahatı məhkəmə sənədi kimi işin içərisində olmalı və məsələyə elmi-hüquqi baxımdan aydınlıq gətirməlidir”- deyə, o, bildirib.  C. Rzazadənin sözlərinə görə, müdafiə etdiyi şəxs öz izahatında şikayətçinin iddialarının tam əssasız olduğunu, fərdi deyil, vəzifəli şəxsi – məmuru tənqid etdiyini, ən başlıcası isə tənqidlə təhqirin qarışdırıldığını dəlillərlə sübut edib. “İzahatın bir maraqlı məqamı da budur ki, Qulu Məhərrəmli tanınmış dilçi-alim, filologiya elmləri doktoru kimi şikayətçinin ərizəsində təhqir kimi göstərilən söz və ifadələrin hamısının linqvistik təhlilini verərək, onların təhqir olmadığını elmi cəhətdən sübut edib. Hər kəs bilməlidir ki, Qulu Məhərrəmlinin müsahibəsində heç bir təhqir və biədəb ifadə yoxdur”-   deyə, C.Rzazadə əlavə edib.

Qeyd edək ki, Yasamal rayon Məhkəməsindən Q.Məhərrəmlinin rəsmi izahatının daxil olduğunu, həmçinin ölkənin bir neçə görkəmli dilçi aliminin rəyi bu izahata mütəxəssis mövqeyi kimi əlavə edildiyini təsdiqləyiblər.

 Gülnaz Qəbbərli

Gununsesi.info