Qulu Məhərrəmli: “Rəhbərlikdə mənə, sadəcə, bəlkə “sağ ol” dedilər”

  • By admin
  • 06 İyun 2016 14:28

 

Qulu Maharramlyh

“AMEA_Nəsimi adına Dilçilik İnstitutunun rəhbərliyinin bu gün saat 14:00-da Monitorinq şöbəsinin müdiri vəzifəsindən istefa verməyimlə bağlı müraciətimə baxıb rəsmi açıqlama verməsinin mənim üçün heç bir önəmi yoxdur”. Bu sözləri gununsesi.info-ya açıqlama verən sözügedən institutun Monitorinq şöbəsinin müdiri, professor, telejurnalist Qulu Məhərrəmli deyib. O bildirib ki, işdən istefa verməyimlə bağlı rəhbərlikdə mənə, sadəcə, bəlkə “sağ ol” dedilər. Xatırladaq ki, “AMEA_Nəsimi adına Dilçilik İnstitutunun direktor vəzifəsini icra edən Möhsün Nağısoylu gununsesi.info-ya açıqlamasında professor, telejurnalist Qulu Məhərrəmlinin Monitorinq şöbəsinin müdiri vəzifəsindən istefa verməsi ilə bağlı müraciətinə iyunun 6-da baxılıb, cavab veriləcəyini bildirmişdi.

 

Gülnaz Qənbərli