Qulu Məhərrəmlinin istefa ərizəsinə iyunun 6-da baxılacaq

  • By admin
  • 03 İyun 2016 11:44

 

qulu_m

HTML tutorial

“Professor, telejurnalist Qulu Məhərrəmli Monitorinq şöbəsinin müdiri vəzifəsindən istefa verməsi ilə bağlı mənə müraciət edib. Həmin ərizəyə isə iyunun 6-da baxılıb, cavab veriləcək. Qərarın nə olacağı da həmin gün bəlli olacaq.” Bu sözləri Gununsesi.info-ya AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktor vəzifəsini icra edən Möhsün Nağısoylu məlumat verib.

Xatırladaq ki, telekommunikasiya professoru, telejurnalist Qulu Məhərrəmli AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri vəzifəsindən istefa verdiyini açıqlayıb. İnstitutdan öz istəyilə uzaqlaşmaq istədiyini deyən Q.Məhərəmlinin sözlərinə görə, ərizə yazıb rəhbərliyə təqdim etsə də, hələlik ərizəyə baxılmayıb. O, işdən ayrılmasının səbəbini belə izah edib: “Bir institutda nə qədər işləmək olar? Tofiq Hacılı rəhmətə gedəndən sonra da demişdim ki, artıq bu institutda işləməyin bir mənası qalmayıb”.

 

 Gülnaz Qənbərli