
İsveçdə İraq əsilli Salvan Momika və Danimarkadan olan Vətənsevərlər adlı qrupun üzvləri “Quran”ı yandıraraq təxribatçı əməllərinə daha birini əlavə ediblər.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, paytaxt Stokholmdakı Parlament binasının qarşısında Momika və dostu Salvan Najem “Quran” kitabını yandırıb.
Momika, həm də şiə din adamı Sədr Qrupunun lideri olan Müqtəda Sədrin fotolarına hörmətsizlik edib.
“Siz qadağan edənədək bir neçə dəfə yandıracam”, deyib.
Tərcümə: Arzu