“Quran oxuyan qız” əsəri 44 milyona satıldı

  • By admin
  • 28 Sentyabr 2019 18:48
Türkiyəli rəssam Osman Hamdi Beyin 1880-ci ildə hazırladığı “Quran oxuyan qız” əsəri rekord qiymətə satılıb. 
Gununsesi.org xəbər verir ki, əsər 44 milyon türk lirəsinə (təxminən 13,2 milyon AZN – red.) satılıb.
Əsər Türkiyənin ən bahalı rəsm əsəri olub. Tanınmış rəssamın bundan əvvəl “Tısbağa tərbiyəçisi” 5 milyon türk lirəsinə (təxminən 1,5 milyon AZN – red.), “Yaşıl məscidinin qabağı” əsəri isə 13,5 milyon türk lirəsinə (təxminən 4 milyon AZN – red.) satılıb.
Budəfəki əsər Londonun Bohams muzeyində hərraca çıxarılıb.
Gununsesi.org