
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Quran”a edilən hücumlarla bağlı açıqlamaverib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, paytaxt Ankarada Amerika Müsəlmanları Təşkilatları Şurasının üzvlərini qəbul edən Prezident müsəlmanların müqəddəs kitabı olan “Quran”a edilən hücumları barbarlıq adlandırıb.
“Avropada müqəddəs kitabımız “Quran”a qarşı gerçəkləşdirilən hücumlara söz azadlığı maskası altında dözüm göstərilməsini qəbul etmədiyimizi hər fürsətdə söyləyirəm. Bu, açıq nifrət cinayətidir və barbarlıqdır”.
Türkiyə Prezidenti İsveç, Hollandiya və Danimarkada təkrarlanan hücumlar demokratiya, insan haqları dəyərlərinin bu coğrafiyalarda olmadığının təsdiqi adlandırıb.
“İslama və müsəlmanlara qarşı edilən bu hücumlara göz yumanların insani dəyərləri nə qədər şəxsiləşdirdiklərini növbəti dəfə görməkdəyik”, – deyə Ərdoğan söyləyib.
Ərdoğan bu cinayətləri törədənlərə qarşı lazımı tədbirlərin alınması üçün ölkələrə çağırış edib.
Tərcümə: Arzu