Qurana qarşı növbəti HÜCUM-FOTO

  • By admin
  • 17 Aprel 2023 14:06

Avropada Qurana qarşı qalmaqallar davam edir. Ötən günlərdə Rasmus Paludanın İsveçdə etdiyi hərəkətdən sonra bu dəfə Hollandiyada çirkin hücum baş verib. Qərbin İslamlaşmasına Qarşı Vətənpərvər Avropalılar Hərəkatının lideri paytaxt Amsterdamda Quranı yenidən cırıb.

Gununsesi.info xəbər verir ki, Hollandiyada Qərbin İslamlaşmasına Qarşı Vətənpərvər Avropalılar (PEGIDA) hərəkatının lideri Edvin Vaqensveld sosial media hesabında Amsterdam bələdiyyəsinin qarşısında Quranı cıraraq şəklini paylaşıb.

Wagensveld, bu gün “bir qrupu təhqir etdiyi” üçün dindirildiyi Hollandiya Prokurorluğuna ifadə verdiyini və fikrini ifadə etməyin ən yaxşı yolunun Quranı yenidən cırmaq olduğunu bildirib.

O, əvvəllər də oxşar hərəkətlər edib.

Vaqensveld yanvarın 22-də Haaqa şəhərində polisin mühafizəsi altında müvəqqəti Hollandiya parlamentinin binası qarşısında, fevralın 13-də isə Utrext şəhərində təkbaşına keçirdiyi nümayişdə Qurani-Kərimi cırıb. Eynilə, oktyabrın 22-də Rotterdamda Quranı yandırmağı planlaşdıran PEGIDA-nın aksiyası Vaqensveld nəzarətə alınmadan sona çatıb.

Rotterdamda nümayişin planlaşdırıldığı yerə toplaşan müsəlman qruplar, Qurani-Kərimin yandırılacağı elan edilməsinə baxmayaraq, PEGİDA-nın nümayişinə qadağa qoyulmadığı üçün əks-mitinq keçirib. Saxlanıldıqdan sonra həmin gün sərbəst buraxılan Vaqensveld ertəsi gün Haaqada da oxşar aksiya keçirmək istəsə də, polis Vaqensveldi nümayiş qaydalarına əməl etmədiyi üçün yenidən saxlayıb.

Hollandiya Prokurorluğu tərəfindən 17 Noyabrda edilən yazılı açıqlamada Hz. Məhəmmədi təhqir etdiyi üçün polis tərəfindən saxlanılan Vaqensveldin islam inancının mənsublarını deyil, dinin özünü təhqir etdiyi və heç bir cinayət törətmədiyi səbəbilə cinayət məsuliyyətinə cəlb edilməyəcəyi bildirilib.

“Qrupu təhqir etmək” ittihamı ilə dindirilib

Hollandiya Prokurorluğu dünən Haaqada bir şəxsin Quranı cırarkən işlətdiyi irqçi ifadələrə görə “bir qrupu təhqir etdiyi” üçün dindiriləcəyini açıqlamışdı. Prokurorluqdan verilən açıqlamada Almaniyada yaşayan 54 yaşlı hollandiyalı 22 yanvar 2023-cü ildə Haaqada Hollandiya parlamentinin qarşısında Quranı cıraraq “Quran faşist kitabıdır. Mein Kampf kimi pisdir. İdeologiyaya uyğundur” ifadəsini işlətdiyi bildirilib.

Açıqlamada, şübhəlinin Quranı cırarkən istifadə etdiyi ifadələrə görə “qrupu təhqir etmək”də şübhəli bilindiyi və məhkəmə istintaqının başladığı qeyd edilib. Bildirilib ki, şübhəli şəxs barəsində məhkəmə istintaqı başlayıb və o, sorğu-sual üçün Hollandiyaya çağırılıb.

Hollandiyada bir qrup insanın dini və ya əqidəsinə görə bilərəkdən aşağılanmasının cəzalandırıla biləcəyi, Quranı cırmaq cinayət sayılmadığı paylaşılıb. Quranın cırılmasının imanın tənqidi kimi qiymətləndirildiyi, lakin prokurorluğun bu hərəkətin müsəlman cəmiyyətində iğtişaşlara səbəb olduğunun fərqində olduğu vurğulanıb.

Yerli media ittiham tərəfinin Qərbin İslamlaşmasına Qarşı Vətənpərvər Avropalılar (PEGIDA) hərəkatının lideri Edvin Vaqensveldə işarə etdiyini bildirib.

Gununsesi.info