Türkiyədə məsciddə Qurani-Kərimi tapdalayan şəxsə ev dustaqlığı verilib.
Gununsesi.info xəbər verir ki, hadisə Sivasda baş verib.
Şəhərin mərkəzindəki Sefa Məscidi Quran Kurslarına Yardımlaşma Dərnəyinin qurultayında prezidentliyə namizədlərdən biri olan S.K. and içərkən əvvəlcə Quranı öpüb başına qoyub, daha sonra isə yerə ataraq üstünə basıb.
Bu görüntülər sosial mediada yayıldıqdan sonra Sivas valiliyi hərəkətə keçib.
S.K.-nı “dini dəyərləri təhqir etmək” ittihamı ilə polis saxlayıb. İfadəsi tamamlandıqdan sonra şəxs ədliyyə orqanlarına sövq edilib.
Bu gün isə cəzası elan edilib və o, məhkəmə tərəfindən ev dustaqlığına buraxılıb.