Qurani-Kərimi yandıran şəxsə hökm oxundu

İsveç İmmiqrasiya Məhkəməsi Qurani-Kərimi yandıran şəxslə bağlı qərar verib.

Gununsesi.info publika.az-a istinadən xəbər verir ki, Qurani-Kərimi yandıraraq təxribatlar törədən iraqlı Salvan Momikaya qarşı İmmiqrasiya İdarəsi deportasiya qərarı çıxarıb.

Bu qərardan razı qalmayan Salvan Momika apellyasiya məhkəməsinə müraciət edib.

Məhkəmə Momikanın yaşayış icazəsi ilə bağlı yalan məlumat verdiyini müəyyən edərək deportasiya qərarını dəstəkləyib.

İmmiqrasiya Məhkəməsinin təsdiq etdiyi qərarla onun deportasiya prosesi başlayıb.

 

Gununsesi.info