Qurani-Kərimi yandıran şəxs aksiyasını davam etdirəcəyini deyir

  • By admin
  • 23 Yanvar 2023 16:51

Türkiyənin Stokholmdakı səfirliyi qarşısında  Quranı yandıran danimarkalı sağçı siyasətçi Rasmus Paludan bu cür aksiyaları davam etdirmək niyyətində olduğunu bildirib.

Gununsesi.info-nun xəbərinə görə, ekstremist sosial şəbəkələrdə eyni müraciətlə video yerləşdirib.

Bütün müsəlman dünyası Stokholmdakı səfirliyin yaxınlığında Quranın yandırılmasını pisləyib. Hadisədən sonra bir neçə isveçli siyasətçinin Türkiyəyə səfərləri ləğv edilib.

Xatırladaq ki, Stokholmda Quranın yandırılması aksiyası keçirilib.

Paludan bu yolla tam ifadə azadlığı və demokratiya göstərmək istədiyini bildirib. Aksiya yerli hakimiyyət orqanlarının icazəsi ilə həyata keçirilib.

İsveç hakimiyyəti Quranın yandırılmasını və digər anti-İslam çıxışlarını dəhşətli adlandırıb, lakin Ankara Stokholmun bəhanələrini qəbul etməyib.

Tərcümə: Adil Elxanoğlu