“Qurani-Kərim”in qaydalarına uyğun yaşayan ölkələr: MÜSƏLMAN DÖVLƏTLƏRİ SONUNCU YERDƏ QƏRARLAŞIB

  • By admin
  • 23 İyun 2017 10:44

quran

“Qurani-Kərim” qaydaları ilə yaşayan müsəlman yox, xristian ölkələridir.

Gununsesi.info -nun məlumatına görə, belə bir qənaətə İslam ilahyiyyatçısı və tədqiqatçısı olan iran əsilli Hüseyn Əsgəri apardığı araşdırmaları nəticəsində gəlib.

Hüseyn Əsgəri dünya ölkələri arasında hansı ölkələrin İslamın konstitusiyalı hesab edilən və Allah tərəfindən İslam peyğəmbərində göndərilən müqəddəs “Qurani-Kərim”in qaydalarına uyğun yaşam tərzini araşdırıb. Bu araşdırma zamanı əsasən cəmiyyətdə bərabərlilik və ədalətlilik prinsipi əsas götürülüb.

Hüseyn Əsgəri buna uyğun da dünya ölkələrinin reytinq cədvəlini hazırlayıb.

Gununsesi.info “inosmi.ru”ya istinadən xəbər verir ki, H.Əsgərinin apardığı araşdırma nəticəsində çox maraqlı bir səhnə ortaya çıxıb. Araşdırma zamanı bəlli olub ki, İslamın müqəddəs kitabı olan “Qurani-Kərim”in insanların yaşadıqları cəmiyyətlərdə bərabərlilik və ədalətlilik prinsipinə uyğun yaşaması ilə bağlı müəyyən etdiyi qaydalarını kobud pozan elə müsəlman ölkələridir. Yəni “Qurani-Kərim”də buyrulduğu kimi heç bir müsəlman ölkəsi bərabərlilik və ədalətlilik prinsipinə riayət etmir.

İndi isə Əsgərinin “ümumi islam indeksi” ilə yaşayan ölkələrlə bağlı hazırladığı reytinq cədvəlini oxucularımıza təqdim edirik. Bu sırada birinci yerə Yeni Zellandiya çıxıb. Sonrakı yerləri Lüksemburq, İrlandiya, İslandiya, Finlandiya, Danimarka, Kanada, Böyük Britaniya və Hollandiya tutub.

Müsəlman ölkələri sırasına düşən ilk müsəlman ölkəsi isə Malayziyadır və o da 33-cü yerdə qərarlaşıb.

Hətta bəzi müsəlman ölkələrinin İslamın düşməni hesab etdiyi İsrail belə siyahıda 27-ci yerdə qərarlaşıb.

Hazırladığı siyahı və müsəlman ölkələrinin bu siyahıda sonuncu yerləri tutması ilə bağlı BBC-yə açıqlama verən H.Əsgəri deyib ki, müsəlman ölkələrinin bu siyahıda ən sonuncu yeri tutmasına səbəb, bu ölkələrdəki, sosial ədalətsizliyin hökm sürməsi, insan hüquqlarının kobud surətdə pozulması, korrupsiya və bu səbəbdən də inkişaf etməmiş cəmiyyətin hökm sürməməsidir: “Ona görə də onları İslam ölkəsi hesab etmək olmaz. Çünki bu ölkələr İslamın bəyan etdiyi qaydalara uymurlar”.

Hazırladı Mürtəza

Gununsesi.info