“Quran”ı yandıran şəxsə hökm oxundu

Rusiyanın Qroznı şəhərinin məhkəməsi “Quran”ı yandırmaqda ittiham edilən Nikita Juravlyov adlı şəxsi 3,5 il həbs cəzasına məhkum edib.

Gununsesi.info  xəbər verir ki, sözügedən şəxs 2023-cü ildə Volqoqrad şəhərindəki məscidin qarşısında “Quran”ı yandırarkən saxlanılıb. Sonradan onun barəsində açılan cinayət işi baxılması üçün RF Çeçen Respublikasının İstintaq komitəsinə göndərilib.

 

Nikita Juravlyov məhkəmə zamanı törətdiyi əməldən peşman olduğunu bildirib və üzr istəyib. O deyib: “Müsəlmanların heysiyyatına toxunan hərəkətimə görə onlardan üzr istəyirəm”.

 

 

 

Gununsesi.info