Quraqlıq ölkəni vurdu – Milli fəlakət elan edildi

  • By admin
  • 01 Mart 2024 12:50

Zambiya prezidenti Hakainde Hiçilema ölkə daxilində quraqlıq səbəbindən “milli fəlakət və fövqəladə vəziyyət” elan edib.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, o, paytaxt Lusakada xalqa müraciətində təxminən 1 milyon hektar kənd təsərrüfatı sahəsinə ziyan vuran quraqlıq səbəbiylə “milli fəlakət və fövqəladə vəziyyət” elan edildiyini söyləyib.

Beynəlxalq tərəfdaşları humanitar yardıma çağıran Hiçilema iqtisadiyyatı və sənayeni ayaqda saxlamaq üçün hidroelektrik qaynaqlarındakı itkini enerji idxalı ilə ödəyəcəklərini bildirib.

Hiçilema 1 milyondan çox ev təsərrüfatının quraqlıqdan mənfi təsirlənəcəyinə işarə edərək, kredit şirkətlərindən Zambiyanın borclarını yenidən strukturlaşdırmalarını istəyib.

Ötən həftə ölkədə aclıq təhlükəsi səbəbindən qarğıdalı və qarğıdalı ununun ixracı qadağan edilib.

Xarici borclarını ödəyə bilmədiyi üçün defolta gedən Zambiyanın da Çin başda olmaqla bir çox kredit şirkətinə borcu var.

 

Gununsesi.info