Qurban bayramında Baytarlıq Xidməti gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək- AÇIQLAMA

Qurban bayramında Baytarlıq Xidməti gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

13

Qurban bayramında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Bunu Gununsesi.info-ya Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli təmsil etdiyi qurumun Qurban bayramına hazırlıq işlər haqqında məlumat verərkən deyib.

Onun sözlərinə görə, bununla əlaqədar olaraq DBNX-də plan hazırlanır. “Plana əsasən Qurban bayramı ilə əlaqədar olaraq rayon və şəhərə satış üçün gətirilən iribuynuzlu və xırdabuynuzlu heyvanların sağlamlıqları barədə baytarlıq şəhadətnaməsinin olmasının müəyyənləşdirməsi, bunun nəticəsindən asılı olaraq müvafiq tədbir görülməsi, qurbanlıq heyvanların qəbulunda, saxlanmasında və kəsilməsində baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunacaq. Bununla belə, heyvanların kütləvi halda satışı və kəsimi üçün xüsusi ayrılmış yerlərdə heyvanların sağlamlığının müəyyən olunması, həmçinin baş verə biləcək təhlükəli xəstəliklərin qarşısını almaq, ətin və ət məhsullarının qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlıq-sanitariya ekspertizası aparılacaq”- deyə, o, vurğulayıb.

Y.Xanvəli onu da əlavə edib ki, bu məqsədlə heyvan satışı və kəsimi yerlərinə baytarlıq mütəxəssisləri təhkim olunacaq və reydlər keçiriləcək.

Mürtəza

Gununsesi.info

COMMENTS