Qurban Məmmədov sərbəst buraxılıb

Dünən Türkiyədə saxlanıldığı bildirilən, Böyük Britaniyada yaşayan siyasi mühacir Qurban Məmmədov sərbəst buraxılıb.

Gununsesi.info bildidirir ki, bu barədə sosial şəbəkələrdə Q.Məmmədova yaxın şəxslər məlumat yazıb.

Xatırladaq ki , dünən Qurban Məmmədovun oğlu Qoşqar Məmmədov sosial şəbəkələrdə  atasının Türkiyədə saxlanıldığını bildirmişdi.

Bunu da xatırladaq ki, Baş Prokurorluq bir neçə gün əvvəl Qurban Məmmədov və bir neçə siyasi mühacir barədə beynəlxalq axtarış elan edib

Gununsesi.info