“Düşünürəm ki, maraqlı oyun alındı. Məncə, yalnız qol çatışmadı”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Premyer Liqasının XXIII turunda səfərdə “Zirə”ylə 0:0 hesablı heç-heçə edən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bildirib.
“Zirə”yə uğurlar arzu edirəm, bizə qarşı layiqli mübarizə apardılar. Futbolçularımdan razı qalmışam. Bundan sonra futbolçularımız milliyə gedəcəklər, onlara uğurlar arzu edirəm”.
Gununsesi.info