
21 yaşadək futbolçulardan ibarət milli komandamız Avro-2019-un seçmə mərhələsində hazırda Almaniyanı qəbul edir.
Gununsesi.info qafqazinfo-ya istinadən xəbər verir ki, “Dalğa Arena”da keçirilən oyunu stadiondan izləyənlər arasında əsas millimizin yeni baş məşqçisi Qurban Qurbanov da var.
O, “Qarabağ”da köməkçisi olan Elçin Rəhmanov və AFFA-nın baş katibi Elxan Məmmədovla matça baxır.
Qeyd edək ki, Almaniya millimizə 3:0 hesabı ilə qalib gəlir.
Gununsesi.info