Qurban Qurbanov yenidən İcraiyyə Komitəsində

AFFA İcraiyyə Komitəsinin yeni üzvləri seçilib.

Gununsesi.info xəbər verir ki, adlar aşağıdakı kimidir:

Peşəkar Futbol Liqası İctimai Birliyi – 5 yer

1. Səməd Qurbanov – “Neftçi” PFK tərəfindən;

2. Fərid Mansurov – Peşəkar Futbol Liqası İctimai Birliyi tərəfindən;

3. Xəyal Cəfərov – “Sumqayıt” FK tərəfindən;

4. Qurban Qurbanov – “Qarabağ” FK tərəfindən;

5. Maqsud Adıgözəlov – “Sabah” FK tərəfindən.

Regional Futbol Federasiyaları İctimai Birliyi – 3 yer

1. Elşad Nəsirov – Qərb Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən;

2. Balakişi Qasımov – Şimal Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən;

3. Sərxan Hacıyev – Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən.

İctimai Futbol Təşkilatları İctimai Birliyi – 2 yer

1. Könül Mehtiyeva – İctimai Futbol Təşkilatları İctimai Birliyi tərəfindən;

2. Zaur Axundov – Ümumazərbaycan Futbolsevərlərin İctimai Birliyi tərəfindən.

Sahə Futbol Federasiyaları İctimai Birliyi – 2 yer

1. Ülvi Mansurov – Azərbaycan Futzal Federasiyası tərəfindən;

2. Leyla Xəlilova – Azərbaycan Tələbə Futbol Federasiyası tərəfindən.

Qeyd edək ki, Qurban Qurbanov milli komandanın baş məşqçisi olmamışdan əvvəl İcraiyyə Komitəsinin üzvü olub. Çalışdırıcı millidəki vəzifəsindən getdikdən sonra komitənin üzvlüyündən də çıxmışdı.