Bolqarıstanın MOİK klubunun fiziki hazırlıq üzrə məşqçisi Mario Mitov karyerasını “Qarabağ”da eyni vəzifədə davam etdirəcək.
Gununsesi.info “report”a istinadən xəbər verir ki, bu barədə Sofiya təmsilçisinin rəsmi saytı məlumat yayıb.
MOİK-in Akademiyasında fəaliyyət göstərən 24 yaşlı mütəxəssis həmyerlisi Çudomir Çakarovu əvəzləyəcək.
Qeyd edək ki, Çakarov Azərbaycan millisində Qurban Qurbanovun köməkçisi olacaq.
Gununsesi.info