“Qarabağ”ın oyunçusu millidən uzaqlaşdırıldı

  • By admin
  • 29 Avqust 2016 13:01

ruslan

Bakıda təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının heyətində daha bir dəyişiklik baş verib.

Gununsesi.info AFFA-nın saytına istinadən xəbər verir ki, Bədavi Hüseynov (“Qarabağ”) zədələndiyi üçün toplanışda iştirakını dayandırmalı olub. O, DÇ-2018-in seçmə mərhələsində sentyabrın 4-də keçiriləcək San Marino – Azərbaycan oyununda çıxış edə bilməyəcək.

Xatırladaq ki, daha öncə Bakı “İnter”inin futbolçusu Ruslan Abışov da eyni səbəbdən millinin toplanışını tərk etməli olub.

Gununsesi.info