Qurbanlıq heyvanları onlayn necə alacağıq? - VİDEO

  • By admin
  • 29 İyul 2020 18:58

Hər bir vətəndaş onlayn qaydada maksimum beş qurbanlıq qoyun ala bilər.

Gununsesi.info xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” Cəmiyyətinin əməkdaşı Fidan Alıyeva Baku Tv-yə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bunun  üçün artıq müvafiq sayt da istifadəyə verilib:

“Alıcılar satış yarmarkası ilə bağlı istifadəyə verilmiş saytda (http://www.qurbanliq.kendden.az/) sifariş et düyməsini klikləyərək, özü haqda və seçdiyi qurbanlıq qoyun haqda məlumatları daxil etməlidir. Vətəndaş şəxsiyyət vəsiqəsində göstərilən məlumatları uyğun xanalara daxil etməlidir Mütləq şəkildə mobil nömrə yazılmalıdır. Elektron poçt ünvanı yerinə şəxsi mail yazılmalıdır”.

Vətəndaş eyni zamanda qurbanlığı götürmək istədiyi məntəqəni seçməlidir. Bunun üçün isə 10 məntəqə nəzərdə tutulub ki, onlardan doqquzu Bakı şəhərində, biri isə Sumqayıtda yerləşir. Məntəqəni seçdikdə sonra üç kateqoriyada qurbanlıq qoyun təqdim olunacaq. Vətəndaş qurbanlıq qoyunu çəki kateqoriyası üzrə seçə və maksimum beş ədəd ala bilər.

20 manat vəsait avans kimi ödənilir və vətəndaş sifariş etidiyi qurbanlığı almadığı təqdirdə, bu vəsait geri qaytarılmır.

Gununsesi.info