Qurbanov “Çelsi”dən 6 qol buraxan qapıçını cəzalandırdı- QOLKİPER ƏVƏZEDİCİ KOMANDAYA GÖNDƏRİLİB

Qurbanov “Çelsi”dən 6 qol buraxan qapıçını cəzalandırdı

581391

Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov sərt qərar qəbul edib. 

Gununsesi.info futbol11.az-a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis futbolçulardan birini cəzalandırıb.

Məlumata görə, çalışdırıcı uzun müddətdir klubun uğurları üçün çalışan Bosniya və Herseqovina millisinin üzvü İbrahim Sehiçi cəzalandırıb. Belə ki, qolkiper qeyri-müəyyən müddətə əvəzedici komandaya göndərilib.

Qeyd edək ki, 29 yaşlı “çərçivə qoruyucu”su Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda “Çelsi” ilə matçda kobud səhvlərlə yadda qalıb.

Gununsesi.info

COMMENTS