Qurbanqulu Berdiməhəmmədovun rəsmi qarşılanma mərasimi - FOTOLAR

  • By admin
  • 08 Avqust 2017 10:24

150217059566193448_1000x669

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun avqustun 8-də rəsmi qarşılanma mərasimi olub.

Gununsesi.info xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Türkmənistan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verib.

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovu qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Türkmənistan Prezidentinə raport verib.

Türkmənistanın və Azərbaycanın dövlət himnləri səsləndirilib.

Prezident İlham Əliyev və Prezident Qurbanqulu Berdiməhəmmədov fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Türkmənistan Prezidenti Azərbaycan əsgərlərini salamlayıb.

Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Qurbanqulu Berdiməhəmmədova, Türkmənistan nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.

150217059520164482_1000x669 150217059576120343_1000x669 1502170595104118505_1000x669 15021705951400733179_1000x669 15021705951920322795_1000x669 15021705952544417722_1000x669 15021705953857621237_1000x669 15021705954357864018_1000x669 1502170595883933366_1000x669 15021705956391710608_1000x669 15021705956152932739_1000x669 15021705955864225130_1000x669

Gununsesi.info