Quru dəri infeksiyaların da yaranmasına səbəb olur – Qışda dəri quruluğuna qarşı - 5 TÖVSİYƏ

  • By admin
  • 26 Dekabr 2020 19:26

Qış fəslində bir çox insan dəri quruluğundan şikayət edir.

Dəridə quruluq bir çox problemlərə, hətta infeksiyaların yaranmasına səbəb olur? Dəri quruluğundan necə qorunmaq olar?

 

Milli.Az İcbari Sığorta üzrə Dövlət Agentliyi mütəxəssislərinin bu problemlə mübarizə aparmaq üçün tövsiyələrini təqdim edir:

Qatı nəmləndirici kremlər, gellər və yağlı sabunlar dərinin quruması və çatlamasının qarşısını alır.

Dəri quruluğundan əziyyət çəkən şəxslər spirt tərkibli kosmetik təmizləyici vasitələrdən uzaq durmalıdırlar. Belə vasitələr dəri səthindəki qoruyucu bakteriya təbəqəsini məhv edir və nəticədə, quruluq olur. Bu, hətta infeksiyaların yaranmasına gətirib çıxara bilər.

Dərinin sağlamlığı üçün düzgün qidalanma vacibdir. Xüsusilə, Omeqa 3 dərinin təravətli olması üçün orqanizmin ehtiyac duyduğu maddələrdəndir. Buna görə, həftədə iki dəfə balıq yeməyin dəriyə faydası var. Bununla yanaşı, qış fəslinə aid meyvə və tərəvəzlərin gündəlik menyuya daxil edilməsi vacibdir.

Soyuq havalarda 20 dəqiqədən artıq isti vanna qəbul etmək dəridə yağ balansının pozulmasına səbəb olur. Buna görə, suyun temperaturuna diqqət yetirmək və vanna qəbulundan sonra nəmləndirici vasitələrdən istifadə etmək tövsiyə edilir.

Dodaqlar yağ ifraz etmir, buna görə də dodaqların quruması problemi ilə, demək olar, hər kəs üzləşir. Quruyan dodaqları çatlamaqdan qorumaq üçün xüsusi nəmləndirici vasitələrdən istifadə şərtdir.

 

Gununsesi.info