Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb.
Gununsesi.info-nun xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərarla Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti aprelin 2-dək uzadılıb.
Qeyd edək ki, bu qərara aid məhdudiyyətlər sırasında quru sərhədlərin bağlı qalması da var.