Quru sərhədlərin açılması üçün bir az da dözmək lazımdır - MUSA QULİYEV

  • By admin
  • 26 Sentyabr 2023 13:37

Azərbaycan hökuməti gözləntilərin əksinə olaraq karantin rejimini uzatdı.

Bununla da ilin sonuna kimi ölkənin quru sərhədləri bağlı qalmış oldu.

Baxmayaraq ki, bütün dünya post-pandemiya dövrünü yaşayır. 

Ən dözülməzi isə odur ki, ölkənin quru sərhədlərini bağlı saxlayan hökumət təyyarə biletləri qiymətlərini vətəndaşların əksəriyyəti üçün əlçatmaz edib. 

Milli Məclisin Komitə sədri Musa Quluyev (Urud) Gununsesi.info-nun problemlə bağlı suallarını cavablandırıb.

Deputat bildirib ki, quru  sərhədlərin açılması ilə bağlı öz subyektiv fikirlərimizi deməkdə çətinlik çəkir: “Çünki belə halda cəmiyyəti çaşdırmış olarıq.  Hər halda qərarlar Nazirlər Kabineti tərəfindən verilir. Hazırda Operativ Qərargah və onun fəaliyyəti davam edir. Buna görə də bu barədə dəqiq məlumatı ancaq onlardan əldə etmək olar”

Bununla belə Musa Urud deyir ki, yaranmış situasiya  hər kəs kimi deputatları da  narahat edir:

Ancaq görünür ki, bu məsələ ilə bağlı dövlətin daha ciddi əsasları var. Bir çox ehtimalları nümunə kimi demək olar.

Təəssüf ki, suala tam cavab verə bilmirəm. Ancaq hesab edirəm ki, müəyyən qədər çətinliklər yaradan məsələdir. Bir sıra regional faktorlar da burada əsas götürülə bilər. Ona görə də bir az da dözmək lazımdır”.

 

Pərviz Həşimli 

Gununsesi.info