Quru sərhədlərin bağlı saxlanılması insan hüquqlarının pozuntusudur - HÜQUQŞÜNAS

  • By admin
  • 27 Mart 2023 13:15

“Azərbaycan hökumətinin quru sərhədləri bağlı saxlaması insan hüquqlarının pozuntusudur. Vətəndaşın Konstitusiya ilə sərbəst hərəkət etmək hüququ, maneəsiz ölkədən getmək, ölkəyə gəlmək  hüquq var. Amma Nazirlər Kabineti quru sərhədləri bağlı saxlamaqla artıq bu hüquqları məhdudlaşdırır”.

Bunu Gununsesi.info-ya açıqlamasında vəkil Bəhruz Bayramov ABŞ Dövlət Departamentinin Azərbaycan hökumətinin quru sərhədləri bağlı saxlaması  illik hesabatında əks etdirməsinə münasibət bildirərkən deyib.

Xatırladaq ki, ABŞ Dövlət Departamenti hesabatında   quru sərhədləri bağlı saxladığına görə hökuməti tənqid edib.

Bəhruz Bayramovun sözlərinə görə, pandemiyanın geniş yayıldığı dönəm ərzində bu qərar başadüşülən idi: “Lakin pandemiyadan sui-istifadə edilərək, insan haqlarının pozulmasına yönəlik qərarlar yolverilməzdir. Artıq bütün dünya postpandemiya dövründədir. Qonşu ölkələrimiz öz sərhədlərini digər dövlətlərə açıb”. 

Mais

Gununsesi.info