
ABŞ Dövlət Departamenti Azərbaycan hökumətinin vətəndaşlar üçün quru sərhədləri bağlı saxlamasını insan hüquqlarının pozuntusu kimi dəyərləndirib.
Gununsesi.info-nun xəbərinə görə, Dövlət Departamentinin ötən ildə insan hüquqlarının durumu ilə bağlı hesabatında bu barədə ayrıca yazılıb.
“COVID-19 pandemiyası zamanı tətbiq edilən məhdudiyyətlərə görə daxili quru sərhəd keçidləri fiziki şəxslər üçün bağlı qalıb” deyə hesabatda bildirilir.
Sənəddə, həmçinin şərti cəza alan vətəndaşların ölkədən çıxışına qadağa qoyulması tənqid olunub.
Elmar
Gununsesi.info