Quruda nəfəs alan yeni balıq növləri alimləri heyrətə saldı

  • By admin
  • 16 İyul 2023 12:06

Cənubi Amerika ölkəsi Boliviyada kəşf edilən yeni balıq növü alimləri heyrətə gətirib. Könüllü olaraq sudan çıxan və saatlarla çöldə qalan yeni balıq növlərinin nəfəs almağa davam etdiyini bildirən mütəxəssislər, bu balığın mütləq qorunmalı olduğunu vurğuladılar.

Gununsesi.info xəbər verir ki, Boliviyada saatlarla sudan kənarda qala bilən, fərqli nəfəs alma tərzinə malik yeni balıq növünün kəşf edildiyi bildirilib.

Tədqiqatçı Heinz Arno Drawert tərəfindən kəşf edilən yeni balıq növləri könüllü olaraq sudan çıxdı, saatlarla çöldə qaldı və nəfəs almağa davam edib.

Uzun illərdir balıq növləri ilə bağlı geniş araşdırmalar apardığını ifadə edən Drawert, “Bu qəribə balıq təxminən beş santimetrə çatır, gövdəsi yaşılımtıl-boz, rəngli ləkələr və naxışlara malikdir.

Bu balıq növünün sudan öz istəyi ilə çıxdığına diqqət çəkən Drawert, “Yumurtaları quraqlığa dözə bilir, onları gölməçələrin dibində palçığa və torpağa basdırırlar. Yumurtalara heç bir şey olmaz, bu balığın əsas xüsusiyyətlərindən biri yumurtaların uyğunlaşmasıdır”.

Yeni kəşf edilən balıq növlərinin qorunması lazım olduğunu vurğulayan araşdırmaçı Drawert, “Son 20-30 ildə onların tapıldığı ərazidə böyük bir genişlənmə var. Yaşayış yerlərinin çoxu artıq mövcud deyil, asanlıqla deyə bilərik ki, Onların təbii yaşayış yerlərinin 60-70 faizi yox olub”.

Gununsesi.info