“Qurum yalnış SMS-ə görə məsuliyyət daşıyır” – Millət vəkilindən ÇAĞIRIŞ

  • By admin
  • 27 İyul 2020 13:53

Xəbər verdiyimiz kimi, 25 və 26 iyul tarixlərində its.gov.az portalından koronavirus testinin nəticələri ilə bağlı vətəndaşlara yanlış SMS-lər göndərilib. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bunun texniki xəta olduğunu bildirsə də, bu hal yerli sakinlər arasında böyük narazılığa və etiraza səbəb olub.

Məsələ ilə bağlı Gununsesi.info-ya açıqlama verən millət vəkili Fazil Mustafa həmin vətəndaşları bununla bağlı haqlarını hüquqi müstəvidə qorumağa çağırıb. 

“Həmin qurum yalnış SMS-ə görə məsuliyyət daşıyır. Vətəndaşlar bununla bağlı məhkəməyə müraciət edib, SMSİ-i onlara göndərən tərəfi həyacan yaşatdığı və narahatlıq verdiyi üçün təzminat davası qaldıra bilər. Çünki bu tip SMS-lər vətəndaşın normal həyatını pozur və ciddi məsuliyyət yaradan haldır. Hansı insana ki, konkret zərbə vurub və həmin insan narahatlıq səbəbi ilə müalicə üçün xəstəxanaya gedibsə, məhkəməyə müraciət edə bilər. Bu cür yalnış hallar olur, amma bu yalnışlıq niyə diqqətsizlikdən olmalıdır ki? Vətəndaşın burda günahı nədir? Onsuz da yetərincə stressin həddindən artıq yüksək olduğu dövrdə vətəndaşa niyə əlavə həyacan yaşadırlar? Bununla bağlı insanlar haqqlarını hüquqi müstəvidə qoruya bilərlər”.

Gununsesi.info