Qusar-İmamqulukənd-Quxuroba avtomobil yolunun açılışı oldu

  • By admin
  • 08 Sentyabr 2016 16:19

qusar-2

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 8-də əsaslı şəkildə yenidən qurulan Qusar-İmamqulukənd-Quxuroba avtomobil yolunun açılışında iştirak edib.

HTML tutorial

Gununsesi.info-nun məlumatına görə, Qusar-İmamqulukənd-Quxuroba avtomobil yolunun bir hissəsi dağılmış asfalt-beton örtüklü, bir hissəsi isə torpaq-çınqıl örtüklü olub. Əvvəllər eni 5-6 metr olan yolla xüsusən payız-qış aylarında hərəkət xeyli çətinləşirdi. Yolun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Prezidentin Sərəncamına uyğun olaraq “Azəravtoyol” ASC tərəfindən müvafiq işlər tam yekunlaşıb.

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov yolun tikintisi layihəsi barədə dövlət başçısına məlumat verib. Bildirib ki, yenidənqurma işləri çərçivəsində uzunluğu 24,7 kilometr olan yol yatağının eni 12 metrə çatdırılıb. Yol yarım metr enində bərkidici zolaqlar da daxil olmaqla, 8 metr enində hərəkət hissəsindən və 2 metr enində çiyinlərdən ibarətdir. Ümumilikdə 200 min kvadratmetr sahəyə 2 qat asfalt-beton örtüyü döşənib. Yenidənqurma zamanı yağış sularının axıdılması üçün 57 suötürücü boru tikilib, mövcud borular və su keçidləri bərpa olunub. İmamqulukənd və Köhnə Xudat kəndləri ərazisində 1 kilometr uzunluğunda beton küvetlər və 500 metr uzunluğunda beton arxlar tikilib, həmin kəndlərin giriş hissəsində sürüşmələrin qarşısını almaq məqsədilə 200 metrdən çox istinad divarları inşa edilib.

Prezident  yolun rəmzi açılışını bildirən lenti kəsib.

Bu yolun tikintisi ilə 11 yaşayış məntəqəsinin 12 min nəfər əhalisinin rayon mərkəzinə və Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yoluna rahat və maneəsiz şəkildə gediş-gəlişi təmin olunub.

Gununsesi.info