Qusarda 33 yaşlı ruhi xəstə özünü talvardan asdı

  • By admin
  • 26 May 2017 08:58

Intiharrr

Qusar rayonunda intihar hadisəsi baş verib.

Gununsesi.info-nun məlumatına görə, hadisə mayın 25-də axşam saatlarında rayonun Çağar Qışlaq kəndində qeydə alınıb. Kənd sakini, 1984-cü il təvəllüdlü Əhmədov Mahir Məbulla oğlu özünü yaşadığı evin həyətindəki talvardan asaraq intihar edib.

M.Əhmədovun ruhi xəstə olduğu bildirilir.

Faktla bağlı Qusar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Gununsesi.info