Qusarda 57 yaşlı qadın sirkə turşusu içdi, vəziyyəti ağırdır

  • By admin
  • 16 Dekabr 2016 20:30

sirke

Qusar rayonunda 57 yaşlı qadın sirkə turşusu içib.

Gununsesi.info  Report-a istinadən xəbər verir ki, rayonun Həzrə kənd sakini, 1959-cu il təvəllüdlü Gülnaz Abbasova zəhərlənmə diaqnozu ilə Qusar Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə çatdırılıb.

Xəstənin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Hüquq-mühafizə orqanları onun sirkə turşusunu qəsdən və ya ehtiyatsızlıqdan qəbul etməsi araşdırır.

Gununsesi.info