Qusarda ağır yol qəzası olub

  • By ilhame
  • 20 İyul 2024 13:11

Qusarda yük maşını minik avtomobili ilə toqquşub, minik avtomobilinin sürücüsü hadisə yerində ölüb.

 

Gununsesi.info-nun məlumatına görə, Qusar rayonunun Əcəxuroba kəndi ərazisində “Tiktok” platforması üçün video çəkən rayon sakini 1995-ci il təvəllüdlü Albert Xaspoladov ağır qəza törədib.

 

O, video çəkən zaman “VAZ 2107” markalı minik avtomobili ilə qəfil əks zolağa manevr etdiyindən 1997-ci il təvəllüdlü Pərviz Eyvazovun idarə etdiyi “Ford” markalı yük avtomobili ilə toqquşub.

 

Nəticədə Albert Xaspoladov aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.

 

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Gununsesi.info