Qusarda hasar balaca uşaqların üstünə uçdu – Ölən və xəsarət alan var

  • By admin
  • 31 May 2020 13:38

Qusarda bədbəxt hadisə baş verib.

Hadisə rayonun Cibir kəndində qeydə alınıb. Kənd sakini, 2012-ci il təvəllüdlü Arif Əlisultanov, 2010-cu il təvəllüdlü Ramal Şeydayev və 2014-cü il təvəllüdlü Gülay Şeydayeva həyətdə oynayarkən mişar daşı ilə hörülmüş hasar və hasarın tərkib hissəsi olan daş tumbalar, dəmir qapı uşaqların üstünə aşıb.

Hadisə nəticəsində A.Əlisultanov açıq kəllə-beyin travması alaraq hadisə yerində ölüb, digər uşaqlar isə müxtəlif dərəcəli xəsrətlərlə xəstəxanalara yerləşdiriliblər. (APA)

Gununsesi.org