
Qusarda yanğın hadisəsi qeydə alınıb.
Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Qusar rayonu, Hil kəndində vətəndaşa məxsus ümumi sahəsi 260 m2 olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində 3 otağın və dam örtüyünün yanar konstruksiyaları 130 m2 sahədə yanıb.
Evin qalan hissəsi və qonşu evlər yanğından mühafizə olunub.
Yanğın saat 04:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Gununsesi.info