Qusarda meşədən qadın meyiti tapıldı

  • By Günel
  • 13 Yanvar 2025 19:22

Qusarda meşədən qadın meyiti aşkarlanıb.

Gununsesi.info xəbər verir ki, Qusar Rayon Mərkəzi Xəstəxanasında stomatoloq kimi fəaliyyət göstərən həyat yoldaşının yanında tibb bacısı işləyən Nigar Şabanovanın meyiti meşədə tapılıb.

Məlumata görə, Nigar Şabanova iki gün əvvəl itkin düşüb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info