Qusarda polis əməkdaşı bıçaqlanıb

  • By admin
  • 15 İyun 2017 09:48

peterburqda_qetl

Qusar rayonunda polis serjantı bıçaqlanıb.

Gununsesi.info APA-ya istinadən məlumat verir ki, Qusar rayon Polis Şöbəsinin Həzrə polis bölməsinin serjantı, 1981-ci il təvəllüdlü Qayıtmazov Həmidulla Müzafəddin oğlu yaşadığı Cibir kəndində həmkəndlisi, 1974-cü il təvəllüdlü Məcidov Zakir Mirzəbəy oğlunu bıçaqlayıb.

Polis əməkdaşı qarın boşluğunun kəsilmiş-cırılmış yarası, bağırsaqların eventrasiyası diaqnozu ilə Qusar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Gununsesi.info