Qusarda qumbara və 714 güllə tapıldı

  • By admin
  • 24 Noyabr 2021 11:56

Qusar rayonu ərazisindən kolluq sahədən xeyli sayda sursat aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Publika.az-a verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinin (RPŞ) “Növbətçi” hissəsinə rayonun Qayakənd kəndi ərazisində silah-sursat olması barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə gedən polis əməkdaşkarı kəndin kənarındakı kolluq ərazidən 1 ədəd alışdırıcısız F-1 əl qumbarası, 1 ədəd qını ilə birlikdə süngü bıçaq və 714 ədəd müxtəlif çaplı güllələr aşkar edərək götürüblər.

Faktla bağlı RPŞ-nin Təhqiqat Bölməsində araşdırma aparılır.

Gununsesi.info