Qusarın mərkəzi bazarında güclü yanğın olub

  • By admin
  • 18 Oktyabr 2016 21:34

yangin_esas

 

Qusarda yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə,  şəhərin mərkəzi  bazarının ərazisində baş vermiş yanğın nəticəsində ümumi sahəsi 500 m² olan geyim mağazalarının dam örtüyünün, satış piştaxtalarının yanar konstruksiyaları və mallar 200 m² sahədə, ona bitişik hər birinin sahəsi 20 m² olan 2 geyim mağazasının yanar konstruksiyaları, içərisindəki mallar yanıb.

Bazarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 17:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Gununsesi.info